Nigeriya polisi Ərbəin mərasimində Əhli-beyt ardıcıllarına hücum edib, ölən və yaralanan var - FOTO

Nigeriyanın paytaxtı Abucada Ərbəin mərasimində iştirak edən Əhli-beyt ardıcıllarına polis hücum edib. 
 
Maide.Az “Al-Alam” kanalına istinadla xəbər verir ki, polis qüvvələrinin Ərbəin mərasiminə hücum nəticəsində ənaz 3 nəfər şəhid olub,  onlarla Əhli-beyt ardıcılı yaralanıb. Yaralılar arasında uşaqlar və qadınlarında olduğu bildirilir.
 
Məlumata görə, yaralıların çoxunun vəziyyəti çox ağırdır.  
 
Qeyd edək ki, Nigeriya təhlükəsizlik qüvvələri Tasua və Aşura günü də Əhli-beyt ardıcıllarına hücum etmişdi. Onların hücumu nəticəsində çox sayda insan yaralanmışdı.