Norveç: neft üçün bizə 20 dollar sərf edir

2020-ci ilin əvvəlindən başlayaraq dünyada neftin qiymətində kəskin enmələr müşahidə olunur. Buna səbəb isə OPEC üzvləri Rusiya və Səudiyyənin hasilatla bağlı razılığa gələ bilməməsidir. Bu gün dünya bazarında "Brent" markalı Şimal dəniz neftinin bir barelinin qiyməti 23 dollar ətrafında dəyişir.

 
Maide.Az "Vesti"ə istinadla xəbər verir ki, Norveçin "Equinor ASA" dövlət şirkətindən verilən açıqlamada, dünya bazarındakı profisitə baxmayaraq, neft istehsalını artıracağı bildirilir.
 
Norveç az maliyyə ilə dəniz yataqlarından neft çıxarır. Buna görə də Norveç düşünür ki, bir barelin qiyməti 20 dollara sərfəlidir.
 
"Equinor ASA" Şimali dənizdəki ən böyük Yuhan Sverdrup yatağında hasilatın may ayında gündə maksimum 470 min barel səviyyəsinə qədər artıracağını açıqlayıb.
 
İkinci mərhələdə Norveç yataqdan gündə 690 min barel neft hasil etməyi planlaşdırır.