Oqtay Gülalıyevin işi üzrə məhkəmədə həkimlərə iradlar səslənib

Noyabrın 16-da Bakının Nəsimi Rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevi 29 oktyabr 2019-cu il tarixində avtomobil vurması ilə bağlı cinayət işi üzrə məhkəmə iclası keçirib.
 
Bu, üçüncü məhkəmə iclasıdır, öncəki noyabrın 13-də keçirilib.
 
Bu gün hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclas Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanın ifadələrinə və oktyabrın 29-da baş vermiş hadisə yerindən müşahidə kameralarının videokadrlara baxışa yönəlib.
 
F.Gülalıyevanın ifadələri 1 Saylı Kliniki Tibb Mərkəzində və "Bakı Siti Hospital" da tibbi personalın hərəkətlərilə bağlı iki epizoda aid olub.
 
 
F.Gülalıyevanın fikrincə, onun həyat yoldaşı həkimlərin günahı ucbatından bir ildən artıq davam edən koma vəziyyətinə düşüb.
 
O hesab edir ki, məhkəmə tibbi personalın, xüsusilə də "Bakı Siti Hospital"ın belə hərəkətinin səbəbini aydınlaşdırmalıdır.
 
Məlum olduğu kimi, beyinə qansızmanın aradan qaldırılması əməliyyatı 18 saatdan sonra həyata keçirilib, hərçənd huşunu itirdikdən sonra 1 saylı Kliniki Tibb mərkəzindən "Bakı Siti Hospital"ə aparılarkən operativ tədbirlər görülməli idi", - F.Gülalıyeva deyib.
 
Məhkəmədə məlumat verilib ki, prokurorluq həkimlərin məsuliyyəti məsələsini ayrıca icraata götürüb.
 
İclasın gedişində bir nüans diqqətdən kənarda qalmadı –istintaq O.Gülalıyevin telefonuna gələn və gedən zənglər müəyyən edib, lakin bu, təqsirləndirilən şəxsin telefonu ilə bağlı edilməyib.
 
Gülalıyevlərin vəkili Fuad Ağayev müttəhim Kənan Abdullayevin telefonuna gələn və gedən zənglər barədə mobil operatordan  məlumat alınması barədə vəsatət qaldırıb.
 
Hakim Azər Tağıyev vəsatəti təmin edib və növbəti məhkəmə iclasını dekabrın 4-nə təyin edib. / Turan/