Orduda yeni təlimlər

-- bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə

Müdafiə Nazirliyinin hazırlıq mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.
 
Rəsmi məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə döyüş atışları icra olunub.
 
Maide.Az "Mod.gov.az"-a istinadən xəbər verir ki,  Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə desantçıxarma əməliyyatlarının naviqasiya-hidroqrafik, hidrometeoroloji və topogeodeziya təminatı mövzulu taktiki-xüsusi təlim keçirildiyini də bildirir Təlimdə tədqiqat qruplarının formalaşdırılması, əməliyyat keçiriləcək əraziyə çıxışı və desantçıxarma əməliyyatlarının keçiriləcəyi ərazilərdə dərinlik ölçmə və geodeziya ölçmələri icra edilib.