Putin: 'Bögədə sabitsizlik yaratmaq məqsədilə terrorçular aktiv şəkildə Əfqanıstana göndərilir'

Regionda sabitsizlik yaratmaq məqsədilə İraq və Suriyadan Əfqanıstana aktiv şəkildə terrorçular göndərilir.
 
Maide. “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
 
“İraqdan, Suriyadan Əfqanıstana hərbi əməliyyat təcrübəsi olan döyüşçülər Əfqanıstana cəlb olunur. Ona görə də istisna deyil ki, birbaşa genişlənmə başlayana qədər terrorçuların qonşu dövlətlərdə, o cümlədən MDB ölkələrində vəziyyəti destabilləşdirməyə çalışması mümkündür”
 
Putin deyib ki, onlar MDB ölkələrində vəziyyətin sabitliyi pozmağa çalışa bilərlər, buna görə də sərhəddəki vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır.
 
 “Bu baxımdan Əfqanıstan sərhədindəki vəziyyəti daim monitorinq etmək və silahlılara qarşı hazır olmaq və bunun üçün güc strukturlarının işini əlaqələndirmək, lazım gələrsə birgə xüsusi əməliyyatlar aparmaq vacibdir”, - deyə Rusiya prezidenti əlavə edib.