Qəm-qüssədən qurtuluş yolu

İstiğfar və tövbənin təsir və bərəkətləri-2

Peyğəmbəri-Əkrəm (s) və Əhli-beytin (ə) nurlu kəlamlarında tövbə və istiğfar etmək, mehriban Allahdan məğfirət və üzr diləmək çətinliklərdən qurtulmaq və qəm-qüssənin aradan qalxmasında mühüm amillərindən biri kimi qeyd olunmuşdur. Peyğəmbəri-Əkrəm (s) gözəl bir kəlamında buyurmuşdur:

مَنْ کَثُرَ هُمُومُهُ‏ فَلْیُکْثِرْ مِنَ‏ الِاسْتِغْفَارِ

Qəm-qüssəsi çox olan çoxlu istiğfar etsin (Allahdan bağışlanma diləsin). (“Nəvadir”, Ravəndi, səh.16.)

O Həzrət başqa bir kəlamında istiğfarın təsir dairəsinin daha geniş olduğunu vurğulamış və buyurmuşdur:

عَلَیْکَ‏ بِالاسْتِغْفَارِ فَإِنَّهُ‏ الْمَنْجَاةُ

“Sənə istiğfar etməyi tövsiyə edirəm ki, həqiqətən o, (çətinliklər zamanı) nicatvericidir. (“Nəvadir”, Ravəndi, səh.5.)

Məhəmməd ibn Rəyyan deyir: İmam Muhəmməd Təqiyə (ə) bir məktub yazıb insana nazil olan bəladan, cansıxan çətinliklərdən və üzücü qüssələrdən qutrulmaq üçün o Həzrətdən dua istədim və istəyimi də təkidlə vurğuladım. O Həzrətin əziz ata-babaları öz dostlarına xas mətləblər öyətdikləri kimi, mən də o Həzrətdən mənə xas bir dua öyrətməsini xahiş etdim. Həzrət məktubumun cavabında belə qeyd etmişdi:

الْزَمِ‏ الِاسْتِغْفَارَ

“Həmişə və hər zaman istiğfar et.” (“Səfinətul-bihar”, c.6, səh.658.)

Peyğəmbəri-Əkrəm (s) ürəkoxşayan bir kəlamında həyatın dolambacları və çətinliklərindən qurtulmaq üçün Allahdan tez-tez günahların bağışlanmağını istəməyi tövsiyə etmiş və buyurmuşdur:

مَنْ‏ أَکْثَرَ الِاسْتِغْفَارَ جَعَلَ‏ اللَّهُ لَهُ مِنْ کُلِّ هَمٍّ فَرَجاً وَ مِنْ کُلِّ ضِیقٍ مَخْرَجاً وَ رَزَقَهُ مِنْ حَیْثُ لَا یَحْتَسِبُ

“Hər kim çoxlu istiğfar etsə, hər qüssədən bir qurtuluş, hər sıxıntıdan bir çıxış yolu qərar verər və güman etmədiyi yerdən ruzisini yetirər.” (“Biharul-ənvar”, c.74, səh.172.)

Bəzi rəvayətlərdə istiğfar bəlaları dəf edən amil kimi tanıtdırılmışdır. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

اِدْفَعُوا اَبْوَابَ الْبَلاَیا بِالْاِسْتِغْفَار

Bəla qapılarını istiğfar etməklə bağlayın.” (“Mizanul-hikmə”, hədis 15083.)

Maide.az – Maarif bölümü