Qadınlar smartfonlardan asılı qalmaqda davam edirlər - ARAŞDIRMA

Cənubi Koreyanın Adju Unviverstetinin tədqiqatçılar qrupu müəyyən ediblər ki, qadınlar getdikcə öz smartfonlarına daha da asılı vəziyyətdə qalırlar.
 
Maide.Az xəbər verir ki, mütəxəsislər tərəfindən aparılan sorğu onu göstərir ki, zərif cinsin nümayəndələri kişilərdən fərqli olaraq, vaxtlarının çoxunu öz mobil telefonlarına həsr edirlər və bu an rahatlıq tapırlar.
 
Tədqiqatçıların 6 kollecdə 1236 şagird (oğlanlar və qızlar) arasında apardığı sorğu zamanı aydın olub ki, qadınların 52%-i gündəlik 4 saatlarını öz smartfonlarına həsr edirlər. Kişilər arasında isə bu cür insanların sayı 30%-ə bərabər olub. Gündəlik 6-saat telefondan istifadə edən insanlar arasında da xanımlar ilk yerdə qərarlaşıblar. 
 
37%-dən çox qadın isə smartfonlarının ekranına yol gedərkən, başqa insanlara ünsiyyətdə olduqları zaman vaxt tapıb baxırlar. Hər beş xanımdan biri etiraf edib ki, onlar telefondan istifadə edə bilmədikdə, özlərini narahat hiss edirlər. Bu göstərici kişilərdə, sadəcə 9%-ə bərabər olub.
 
Həmçinin, mütəxəsislər onu da araşdırıblar ki, smartfonlardan istifadə edən xanımların çoxu telefondan zəng, oyun, internetdə araşdırma üçün yox, sosial şəbəkələrdən istifadə üçün faydalanırlar. Araşdırmalar zamanı tədqiqatçılar bu qənaətə gəliblər ki, qadınların 10%-i telefonlardan daha çox asılıdır.
 
Araşdırmaların cavabını tədqiqatçılar "Public Health Reports" jurnalına təqdim ediblər. /