Qalmaqallı rəis Bakıya gətirilir

Mirməhəmməd Seyidov bu dəqiqələrdə İstanbul reysi ilə Bakıya göndərilir

Türkiyədə 17 dekabr rüşvət əməliyyatında saxlanılan azərbaycanlı, Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov azadlığa buraxılıb.

İlkin məlumata görə, Mirməhəmməd Seyidov bu dəqiqələrdə İstanbul reysi ilə Bakıya göndərilir. Onu Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı.

Onların adının hallandığı o məhşur rüşvət əməliyyatında bununlada həbsdə qalan olmayıb. Amma həmin əməliyyat Türkiyə iqtidarının siyasətində bir çox dəyişikliklər etməyə vadar edib.