Qarabağ qazisi həyatla mücadilə aparır

Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həyatla mücadilə aparır.
 
Maidə.az xəbər verir ki, o, müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.
 
Könüllü əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.
 
Əsgər Z.Şahhüseynov döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi ötən gün günorta saatlarında komaya düşüb.
 
Hal-hazırda Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində həkimlər qazini həyata qaytarmaq üçün mücadilə edirlər.