Qaxda su sexində partlayış olub, ölən var

Qaxda su sexində partlayış olub, bir nəfər ölüb.
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax rayonu ərazisində yerləşən su sexlərinin birində baş verib. Partlayış zamanı sexdə nəzarətci işləyən Qax rayon sakini Aydın Şabanov hadisə yerində dünyasını dəyişib.
 
Faktla baglı araşdırma aparılır.