General-leytenant Murat Bektanov Qazaxıstanın müdafiə naziri təyin olunub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, Murat Bektanov 2020-ci il aprelin 5-dən müdafiə nazirinin birinci müavini – Qazaxıstan ordusunun Baş Qərargah rəisidir.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev bu gün müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul edib. Müdafiə naziri Nurlan Yermekbayev bir neçə gün əvvəl Cambul bölgəsində silah-sursat anbarında baş verən partlayışdan sonra istefa verəcəyini bildirmişdi.