Qazaxıstan prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin vaxtı məlum olub. 
 
Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, N. Nazarbayev aprelin 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.
 
Səfər zamanı iki ölkə arasında 4 sənədin imzalanması nəzərdə tutulur. /