Qeyb dövründə oxunan bu dua

Əbu Əli ibn Həmmam belə nəql edir:
 
ذَكَرَ أنَّ الشَّيخَ العَمرِيَّ أملاهُ عَلَيهِ وأمَرَهُ أن يَدعُوَ بِهِ، وهُوَ الدُّعاءُ في غَيبَةِ القائِمِ (عج):
 
Şeyx Əmri mənə İmam Qaimin (ə.c.) qeyb dövründə oxunan bu duanı yazdırıb, oxumağı tapşırdı:
 
اللّهُمَّ عَرِّفني نَفسَكَ فَإِنَّكَ إن لَم تُعَرِّفني نَفسَكَ لَم أعرِف نَبِيَّكَ، اللّهُمَّ عَرِّفني نَبِيَّكَ فَإِنَّكَ إن لَم تُعَرِّفني نَبِيَّكَ لَم أعرِف حُجَّتَكَ، اللّهُمَّ عَرِّفني حُجَّتَكَ فَإِنَّكَ إن لَم تُعَرِّفني حُجَّتَكَ ضَلَلتُ عَن ديني. اللّهُمَّ لا تُمِتني ميتَةً جاهِلِيَّةً، ولا تُزِغ قَلبي بَعدَ إذ هَدَيتَني، اللّهُمَّ فَكَما هَدَيتَني بِوَلايَةِ مَن فَرَضتَ طاعَتَهُ عَلَيَّ مِن وُلاةِ أمرِكَ بَعدَ رَسولِكَ صَلَواتُكَ عَلَيهِ وآلِهِ حَتّى والَيتُ وُلاةَ أمرِكَ أميرَ المُؤمِنينَ وَالحَسَنَ وَالحُسَينَ وعَلِيًّا ومُحَمَّدًا وجَعفَرًا وموسى وعَلِيًّا ومُحَمَّدًا وعَلِيًّا وَالحَسَنَ وَالحُجَّةَ القائِمَ المَهدِيَّ صَلَواتُ اللّهِ عَلَيهِم أجمَعينَ...
 
اللّهُمَّ عَجِّل فَرَجَهُ وأيِّدهُ بِالنَّصرِ،وَانصُر ناصِريهِ، وَاخذُل خاذِليهِ، ودَمِّر عَلى مَن نَصَبَ لَهُ وكَذَّبَ بِهِ، وأظهِر بِهِ الحَقَّ، وأمِت بِهِ الباطِلَ، وَاستَنقِذ بِهِ عِبادَكَ المُؤمِنينَ مِنَ الذُّلِّ، وَانعَش بِهِ البِلادَ، وَاقتُل بِهِ جَبابِرَةَ الكُفرِ، وَاقصِم بِهِ رُؤوسَ الضَّلالَةِ، وذَلِّل بِهِ الجَبّارينَ وَالكافِرينَ، وأبِر بِهِ المُنافِقينَ وَالنّاكِثينَ وجَميعَ المُخالِفينَ وَالمُلحِدينَ في مَشارِقِ الأَرضِ ومَغارِبِها وبَرِّها وبَحرِها وسَهلِها وجَبَلِها حَتّى لا تَدَعَ مِنهُم دَيّارًا ولا تُبقِيَ لَهُم آثارًا، وتُطَهِّرَ مِنهُم بِلادَكَ، وَاشفِ مِنهُم صُدورَ عِبادِكَ، وجَدِّد بِهِ مَا امتَحى مِن دينِكَ، وأصلِح بِهِ ما بُدِّلَ مِن حُكمِكَ وغُيِّرَ مِن سُنَّتِكَ حَتّى يَعودَ دينُكَ بِهِ وعَلى يَدَيهِ غَضًّا جَديدًا صَحيحًا لا عِوَجَ فيهِ ولا بِدعَةَ مَعَهُ، حَتّى تُطفِئَ بِعَدلِهِ نيرانَ الكافِرينَ؛ فَإِنَّهُ عَبدُكَ الَّذِي استَخلَصتَهُ لِنَفسِكَ، وَارتَضَيتَهُ لِنُصرَةِ نَبِيِّكَ، وَاصطَفَيتَهُ بِعِلمِكَ، وعَصَمتَهُ مِنَ الذُّنوبِ، وبَرَّأتَهُ مِنَ العُيوبِ، وأطلَعتَهُ عَلى الغُيوبِ، وأنعَمتَ عَلَيهِ، وطَهَّرتَهُ مِنَ الرِّجسِ، ونَقَّيتَهُ مِنَ الدَّنَسِ...
 
اللّهُمَّ إنّا نَشكو إليكَ فَقدَ نَبِيِّنا، وغَيبَةَ وَلِيِّنا، وشِدَّةَ الزَّمانِ عَلَينا، ووُقوعَ الفِتَنِ (بِنا)، وتُظاهُرَ الأَعداءِ (عَلَينا)، وكَثرَةَ عَدُوِّنا، وقِلَّةَ عَدَدِنا.
 
اللّهُمَّ فَافرُج ذلِكَ بِفَتحٍ مِنكَ تُعَجِّلُهُ، ونَصرٍ مِنكَ تُعِزُّهُ، وإمامِ عَدلٍ تُظهِرُهُ، إلهَ الحَقِّ رَبَّ العالَمينَ...
 
اللّهُمَّ وأحيِ بِوَلِيِّكَ القُرآنَ، وأرِنا نورَهُ سَرمَدًا لا ظُلمَةَ فيهِ، وأحيِ بِهِ القُلوبَ المَيتَةَ، وَاشفِ بِهِ الصُّدورَ الوَغِرَةَ، وَاجمَع بِهِ الأَهواءَ المُختَلِفَةَ عَلَى الحَقِّ، وأقِم بِهِ الحُدودَ المُعَطَّلَةَ وَالأَحكامَ المُهمَلَةَ حَتّى لا يَبقى حَقٌّ إلاّ ظَهَرَ ولا عَدلٌ إلاّ زَهَرَ. واجعَلنا يا رَبِّ مِن أعوانِهِ، ومُقَوّي سُلطانِهِ، وَالمُؤتَمِرينَ لِأَمرِهِ، وَالرّاضينَ بِفِعلِهِ، وَالمُسَلِّمينَ لِأَحكامِهِ، ومِمَّن لا حاجَةَ لَهُ بِهِ إلَى التَّقِيَّةِ مِن خَلقِكَ. أنتَ يارَبِّ الَّذي تَكشِفُ السّوءَ وتُجيبُ المُضطَرَّ إذا دَعاكَ، وتُنجي مِنَ الكَربِ العَظيمِ، فَاكشِف يارَبِّ الضُرَّ عَن وَلِيِّكَ، وَاجعَلهُ خَليفَةً في أرضِكَ كَما ضَمِنتَ لَهُ.
 
اللّهُمَّ ولا تَجعَلني مِن خُصَماءِ آلِ مُحَمَّدٍ، ولا تَجعَلني مِن أعداءِ آلِ مُحَمَّدٍ، ولا تَجعَلني مِن أهلِ الحَنَقِ وَالغَيظِ عَلى آلِ مُحَمَّدٍ، فَإِنّي أعوذُ بِكَ مِن ذلِكَ فَأَعِذني، وأستَجيرُ بِكَ فَأَجِرني.
 
اللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وآلِ مُحَمَّدٍ، وَاجعَلني بِهِم فائِزًا عِندَكَ فِي الدُّنيا وَالآخِرَةِ ومِنَ المُقَرَّبينَ.
 
“İlahi, Özünü mənə tanıt ki, əgər Özünü mənə tanıtmasan, Peyğəmbərini tanımaram! İlahi, Peyğəmbərini mənə tanıt ki, əgər Peyğəmbərini mənə tanıtmasan, “höccət”ini tanımaram! İlahi, “höccət”ini mənə tanıt ki, əgər “höccət”ini mənə tanıtmasan, dinimdən azaram! İlahi, məni cəhalət içində öldürmə və hidayət etdikdən sonra qəlbimi sapmağa qoyma! İlahi, itaətini vacib etdiyin kəslərin – Peyğəmbərdən (Ona və xanədanına salam və salavatın olsun!) sonra təyin etdiyin rəhbərlərin vilayət və məhəbbətini vacib sandığın kimi, mən də həmin rəhbərlərə, yəni Əmirəlmömininə, Həsənə, Hüseynə, Əliyə, Muhəmmədə, Cəfərə, Musaya, Əliyə, Muhəmmədə, Əliyə, Həsənə və Höccəti-Qaim Məhdiyə (Onların hamısına Allahın salam və salavatı olsun!) itaətə bel bağladım...
 
İlahi, onun zühurunu tezləşdir, ona köməyini yetir və dostlarına yardım et, onu tək və köməksiz qoyanları tək və köməksiz qoy, onunla düşmənçilik edənləri və onu dananları məhv et, onun vasitəsilə haqqı aşkar edib batili əz, onun əli ilə mömin bəndələrinə qurtuluş ver, onun bərəkətli vücudu ilə şəhərlərini abadlaşdır, onun vasitəsilə küfrün rəhbərlərini öldür, zəlalətin himayədarlarını məhv et, zülmkarları və kafirləri xar et, münafiqləri, əhd-peyman pozanları, dünyanın şərq və qərbində, quru və suda, dərə və təpəsində bütün müxalif və dinsizləri aradan götür və bir nəfəri belə saxlama, onların əsər-əlamətlərini də itir, şəhərlərini onların vücudundan təmizlə, bəndələrinin qisasını al, dinindən məhv olanları onun əli ilə bərpa, dəyişilmiş hökm və qanunlarını onun vasitəsilə islah et ki, dinin onun vasitəsi və əli ilə dirçəlsin, sağlam olsun, hər bir əyrisi və bidəti aradan getsin və nəhayət, onun ədaləti ilə küfrün şölələri sönsün! Çünki o, Sənin bəndəndir, Özün onu seçmisən, Peyğəmbərinə yardımçı təyin etmisən, Özün onu elmləndirmisən, günahlardan qorumusan, eyib və nöqsanlardan uzaqlaşdırmısan, qeybin sirlərindən agah etmisən, ona nemət vermisən, çirkinliklərdən təmizləyib aludəliklərdən pak etmisən...
 
İlahi, Peyğəmbərimizin ayrılığından, imamımızın qeybindən, ruzigarın çətinliyindən, aramızdakı fitnə-fəsadlardan, düşmənlərimizin əleyhimizə qalxması və çoxluğundan, sayımızın isə azlığından Sənə şikayət edirik!
 
İlahi, təcili qələbə, izzətli və qüdrətli yardım, haqq imamını aşkar etməklə işlərimizə uğur ver, ey haqq məbud, ey aləmlərin Rəbbi!...
 
İlahi, Öz nümayəndən vasitəsilə Quranı dirçəlt, bizə onun saf və əbədi nurunu göstər, onun vasitəsilə ölü qəlbləri dirilt, onun əli ilə qəzəb və kinlə dolmuş sinələrə təskinlik ver, pərakəndə arzu və istəkləri haqqın mehvərində birləşdir, onun əli ilə silinmiş hüdudları, unudulmuş hökmləri bərpa et ki, həqiqət aşkar olsun və haqq-ədalət işıqlansın! İlahi, bizi onun köməkçiləri, hakimiyyəti uğrunda çalışanların, əmrinə tabe olanların, rəftarını örnək bilənlərin, hökmlərinə təslim olanların, onun vücudu sayəsində heç bir məxluqdan qorxmayan və aşkar mübarizlərin sırasına qoş!
 
İlahi, Sən dərd və qəmləri aradan qaldıran, çarəsizlərin duasını qəbul edən və böyük qüssələrdən qurtaransan! Belə isə ey Rəbbim, Öz nümayəndəndən çətinliyi və əzab-əziyyəti götür, onu vəd verdiyin kimi, yer üzündə canişin et!
 
İlahi, məni Muhəmmədin xanədana kin-küdurət bəsləyənlərə, düşmənlərinə və onlarla ədavət saxlayanlara yaxınlaşdırma! Mən onlardan Sənə sığınıram. Belə isə mənə sığınacaq ver!
 
İlahi, Muhəmməd və onun xanədanına salam və salavat göndər, onların vasitəsilə dünya və axirətdə məni nicat tapanlar və (Öz dərgahına) yaxın olanlarla bir et!”
 
(“Kəmalud-din”, səh.512, hədis 43.)
 
Maide.az – Maarif bölümü