QMİ-nin əməkdaşları MTN-nin arxivində araşdırma aparır

Qafqaz Müsəlmanlar İdarəsinin tarixi ilə bağlı çoxcildli kitab hazırlanır. Bunu QMİ-də dindarlarla keçirilən görüşdə qurumun sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, bununla bağlı müxtəlif ölkələrdən Azərbaycana 40 minə yaxın sənəd gətirilib.

Şeyxülislam qeyd edib ki, QMİ əməkdaşları Milli Təhlükəsizlik Nazirliyinin arxivində də araşdırma aparır: “Sovet dövründə və ondan əvvəlki dövrlərdə dindarların “kulak” elan olunması, repressiyaya məruz qalması, dinimizlə bağlı müxtəlif dövrlərdə baş verənlər bu kitablarda əksini tapacaq”./Apa