Qırğızıstana yeni Baş nazir təyin edilib

Akılbek Japarov Qırğız Respublikasının yeni baş naziri vəzifəsinə təyin edilib.
 
Maide.Az xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
 
Bildirilib ki, bununla bağlı Prezident Sadır Japarov sərəncam imzalayıb.
 
Xatırladaq ki, oktyabrın 12-də ölkə başçısı hökuməti bütün tərkibdə istefaya göndərib.
 
Akılbek Japarov 1964-cü il sentyabrın 14-də İssık-Kul vilayətinin Koçkor rayonunda anadan olub. O, türk, ingilis və rus dillərini bilir.