Quran-Kərimin adları

Müsəlmanların inandığı ilahi kitab Quran-Kərimin çoxlu ad və xüsusiyyətləri var. Bu adlardan bir qismi təfsirçilər və Quranı araşdıran alimlər tərəfindən açıqlanıb. Bəziləri də Qurani-Kərimin xüsusiyyət və adları arasındakı fərqi gözardı edərək hamısını Quranın adı olaraq dərk etmişlər. Əbul-Futuh Ər-Razi kimi böyük təfsirçilər bütün bu ad və xüsusiyyətləri Quranın adları olaraq qiymətləndirib. Əbul-Futuh Quran üçün 43 ad zikr edib. 
Təbərisi “Məcməul-Bəyan” təfsirində 4 ad zikr etməklə kifayətlənib:
Quran, Furqan, Kitab və Zikr. 
“Ət-Təmdid” kitabının sahibi Qazi Uzəyzidən canlı Quran üçün 55 ad nəql olunub. Bu adlar Əbul-Futuhun nəql etdiyi adlarla müştərəkdir. 
Bu 55 ad şəxsən Qurandan alınıb. Biz burada bu adlara və bu adların gəldiyi ayələrə işarə edirik:
1- Quran (“Taha”, 2, “Nisa”, 82)
2- Furqan (“Ənfal”, 29, “Ali İmran”, 3 və 4, “Furqan”, 1)
3- Kitap (“Fatir”, 29, “Nisa”, 105)
4- Zikr (“Ali İmran”, 58, “Hicr”, 9)
5- Tənzil (“Şuəra”, 192, “İnsan”, 23)
6 - Hədis (“Zümər”, 23, “Kəhf”, 6)
7- Məviza (“Yunus”, 57)
8- Təzkirə (“Həqqa”, 48)
9- Zikra (“Hud”, 120)
10- Bəyan (“Ali İmran”, 138)
11- Huda (“Bəqərə”, 2)
12- Şəfa (“Fussilət”, 44)
13- Hökm (“Rəd”, 37)
14- Hikmət (“Əhzab”, 34)
15- Hakim (“Ali İmran”, 58)
16- Muhəymin (“Maidə”, 48)
17-Hadi (“Cin”, 1 və 2)
18- Nur (“Əraf”, 157)
19- Rəhmət (“Nəml”, 77)
20- İsmət (“Ali İmran”, 103)
21- Nemət (“Züha”, 11)
22- Haqq (“Həqqa”, 51)
23-Tibyan, (“Nəhl”, 89)
24-Bəsair (“Qəsəs”, 43)
25-Mübarək (“Ənbiya”, 50)
26- Məcid (“Qaf”, 1)
27- Əziz (“Fussilət”, 87)
28- Əzm (“Hicr”, 87)
29- Kərim (“Vaqiə”, 77)
30- Sirac  (“Əhzab”, 46)
31- Munir (“Əhzab”, 46)
32- Bəşir (“Fussilət”, 3 və 4)
33- Nəzir (“Fussilət” 4)
34- Sirat, (“Həmd”, 6)
35- Həbl, (“Ali İmran”, 106)
36- Ruh, (“Şura”, 52)
37- Qəsəs (“Yusif”, 3)
38- Fəsl (“Tariq”, 13)
39- Nucum (“Vaqiə”, 75)
40- Əcəbə (“Cinn”, 1)
41- Qayyim (“Kəhf”, 1,2)
42- Mubin (“Yusif”, 1)
43- Qəvl (“Qəsəs”, 51)
44- Kəlam (“Tövbə”, 6)
45- Bəlağ (“İbrahim”, 52)
46- Mutəşabih (“Zümər”, 23)
47- Ərəbi (“Zümər”, 28)
48- Buşra (“Nəml”, 2)
49- Ədl (“Ənam”, 115)
50- Əmr (“Talaq”, 5)
51- İman (“Ali İmran”, 193)
52- Nəbə (“Nəbə” 1 və 2)
53- Vəhy (“Ənbiya”, 45)
54- Elm (“Rəd”, 37)
Əlbəttə bunlardan bəzilərinin Quranın adı sayılıb-sayılmadığı müzakirə mövzusudur. Çünki bunlardan bəzilərinin Quranın adı olduğu sözügedən ayənin bir təfsirə görə düzgün sayıla bilər, ancaq başqa bir təfsirə görə düzgün sayılmaya bilər. Buna görə bəziləri Quranın adlarını daha az sayıblar.