Qurani-Kərimdə axirət aləmi və onun adları – Ölülərin diriləcəyi gün

Məad və axirət aləmi ilə bağlı ayələrdə geniş şəkildə bəhs olunan digər adlardan biri də “Ölülərin diriləcəyi (gün)“dür. “Həcc“ surəsinin 5-ci ayəsində üç mühüm məsələyə – insanın torpaqdan yaranması, dölün müxtəlif mərhələləri və həyatbəxş yağışdan sonra ölü torpağın cana gəlməsinə toxunduqdan sonra, 6-cı ayədə belə buyurulur:

ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَى وَأَنَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Bu ona görədir ki, həqiqətən, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!

Ayədə qeyd olunan “həqq“ (haqq) sözü gerçəklik və sübut mənasını daşıyır. “Əl-mizan“ kitabında qeyd olunanlara əsasən, bu ifadədə göstərilir ki, Allah-Taalanın gerçəkliyə sahib bir varlıq deyil, əksinə, gerçəkliyin özüdür. O, sübut, həqiqət və gerçəkliyin özüdür, kainatda hər bir şeyin sübut və həqiqəti Onun varlığının bərəkətindəndir.

“Haqq“ sözünün antonimi “batil“dir. Batilin sübut və gerçəkliyi yoxdur, xəyal, güman və ilğımdan başqa bir şey deyildir.

Diqqəti cəlb edən odur ki, bu ayədə qeyd edilən üç fenomen (Adəmin torpaqdan yaranması, dölün mərhələləri və ölü torpaqların cana gəlməsi) həm Allahın varlığına, həm məad və ölümdən sonrakı həyata, həm də Allahın vəsflərinə (qüdrət kimi) dəlil-sübut olaraq qeyd edilmişdir. Həqiqətdə, bütün kainata hakim bu geniş dəyişikliklər varlıq aləmində sabir bir nöqtənin varlığına bir sübutdur. Dəyişkən fenomenlərə hakim olan bu qəribə quruluş (kainat) Onun elm və qüdrətinin nişanəsidir. Bütün bunlar ölümdən sonrakı həyatın mümkünlüyünə dəlil-sübutdur. “Ölülərin diriləcəyi (gün)“ (ölümdən sonrakı həyat) ifadəsi məadla bağlı ayələrdə geniş şəkildə göstərilmişdir və bu ifadə cismani məada – insanın həm ruhu, həm də cisminin birlikdə o biri dünyaya qayıdışına aşkar bir sübutdur. Əgər məad yalnız ruhani yöndən ibarət olsaydı, ölümdən sonrakı həyat məna kəsb etməzdi, yoxsa yuhun cisimdən ayrıldıqdan sonra da yaşacağı danılmaz bir həqiqətdir. (“Peyami-Quran, Ayətullah Məkarim Şirazi, c.5, səh.35-36.)

Maide.azn – Maarif bölümü