Quran surələri ilə qısa tanışlıq – 'Səff' surəsi

Surələr gülüstanı

 “Səff surəsi Mədinədə nazil olmuş və 14 ayədən ibarətdir.

Bu surə, həqiqətdə, iki əsas mehvər ətrafında bəhs edir: Biri İslamın bütün səmavi dinlərə üstünlüyü və onun Allah tərəfindən əbədi olaraq yaşaması, digəri isə bu dinin qorunması və inkişafı yolunda cihadın zəruriliyidir.

Surəyə geniş aspektdən nəzər saldıqda, onun möhtəvasını yeddi hissəyə bölmək olar:

1. Surə Allah-Taalaya təsbihlə başlayır və müsəlmanların qəlblərini növbəti həqiqətlərin qəbuluna hazırlayır;

2. Möminlər sözlə əməlin uyğunluğuna dəvət edilir, əməlsiz danışıqdan çəkindirilir və onun mənfur bir iş olduğu bildirilir;

3. Müsəlmanlar möhkəm iradə ilə cihada və vəhdətə dəvət olunurlar;

4. İsrail övladlarının əhd-peymanlarını pozmaları xatırladılır və Həzrət İsa-Məsih (ə) İslamın zühuru ilə müjdələnir;

5. İslamın bütün dinlər üzərində qələbəsinə zəmanət verilir və bәyаn оlunur ki, İslаm nurunu söndürmәk üçün kаfirlәrin çәkdiyi әziyyәtlәr sәmәrәsizdir vә Аllаhın nurunu üfürmәklə, yахud dаhа dоğrusu, mәnаsız zәhmәtә qаtlаşmаqlа kimsә оnu söndürә bilmәz. Surənin 8-9-cu аyәlәrindә belə buyurulur:

يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ. هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə belə, onu bütün (səmavi) dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət (vasitələri) və haqq olan dinlə göndərən Odur.

6. Müsəlmanlar cihada dəvət edilir və haqq yolunun mübarizlərinin dünya və axirət mükafatları xatırladılır. Surənin 10-12-ci аyәlәrindә belə buyurulur:

تُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ وَتُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ. يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınız və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir.  (Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlayar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət.

7. Həzrət İsa-Məsihin (ə) həvarilərinin həyatı və onların o Həzrətdən ilhamlandıqları qısa şəkildə izah olunur.

Qeyd etdiyimiz kimi, «Sәff» surəsinin əsas mehvəri İslam və cihaddır.

“Sәff” cәrgә dеmәkdir və bu adın sözügedən surəyə verilməsi 4-cü ayədə işlənən ifadəyə görədir. Həmin ayədə də belə buyurulur:

إِنَّ اللَّهَ يُحِبُّ الَّذِينَ يُقَاتِلُونَ فِي سَبِيلِهِ صَفًّا كَأَنَّهُم بُنيَانٌ مَّرْصُوصٌ

“Həqiqətən, Allah Onun yolunda səf çəkib döyüşənləri sevir. Şubhəsiz onlar polad divar kimidirlər.

Bəzən də bu surə “İsa” və yaxud “Həvariyyun” adlandırılmışdır.

Səff” surəsini tilavət etməyin fəziləti

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ عیسى کانَ عیسى مُصَلِّیاً عَلَیهِ مُستَغفِراً لَهُ مادامَ فِى الدُّنیا وَهُوَ یَومَ القِیامَةِ رَفیقُهُ

“Hər kim “İsa (Səff) surəsini oxusa, Həzrət İsa ona dünyada yaşadığı vaxta qədər salam verər, onun üçün bağışlanma diləyər və Qiyamətdə onunla yoldaş olar. (“Məcməul-bəyan”, c.9, səh.277.)

İmam Bariq (ə) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ الصَّفِّ وَأدمَنَ قِراءَتَها فی فَرائِضِهِ وَنَوافِلِهِ صَفَّهُ اللّهُ مَعَ مَلائِکَتِهِ وَأنبِیائِهِ المُرسَلِینَ

“Hər kim “Səff surəsini oxusa, vacib və müstəhəb namazlarda “Səff surəsinin oxunuşuna davam etsə, Allah onu mələklər və mürsəl peyğəmbərlər cərgəsində qərar verər. (“Məcməul-bəyan”, c.9, səh.277; “Təfsiri-nümunə”, c.24, səh.57-59.)

Maide.az – Maarif bölümü