Quran surələri ilə qısa tanışlıq – ‘Cümə’ surəsi

Surələr gülüstanı

 “Cümə surəsi Mədinədə nazil olmuş və 11 ayədən ibarətdir.

Bu surə, həqiqətdə, iki əsas mehvər ətrafında bəhs edir: Biri tövhid, Allahın sifətləri, İslam Peyğəmbərinin (s) besətinin (peyğəmbərliyə göndərilməsinin) hədəfi və məad məsələsi, digəri isə Cümə namazının quruculuq proqramı və bu böyük ibadətin digər xüsusiyyətləridir.

Surəyə başqa aspektdən nəzər saldıqda, onun möhtəvasını bir neçə hissədə xülasə etmək olar:

1. Varlıqların ümumi olaraq Allah-Taalaya təsbih və zikrindən söz açılır;

2. İslam Peyğəmbərinin (s) besətinin iki hədəfi, yəni təlim və tərbiyə məsələsinə toxunulur;

3. Möminlərə xəbərdarlıq edilir ki, yəhudilər kimi, ilahi ayələri təkzib etməsinlər. Cümə surəsinin 5-ci ayəsində belə buyurulur:

مَثَلُ الَّذِینَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ یحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ یحْمِلُ أَسْفَارًا بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِینَ كَذَّبُوا بِآیاتِ اللَّهِ وَاللَّهُ لَا یهْدِی الْقَوْمَ الظَّالِمِینَ

Tövrat çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslərin (yəhudi alimlərin) məsəli neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağın məsəlidir. Allahın ayələrini (Tövratın buyruqlarına qarşı çıxmaqla) təkzib və inkar edənlər barədə (çəkilən məsəl) necə də pis məsəldir! Allah zalım qövmü doğru yola yönəltməz!”

Mədinə yəhudiləri İslam Peyğəmbərinin (ə) xüsusiyyət və əlamətlərini “Tövrat” kitabında oxuduqlarından, daim onun gəlişini müjdələyirdilər. Lakin o Həzrət həmin əlamətlərlə gəldikdən sonra hamıdan əvvəl yəhudilər onu inkar etdilər.

4. Ölüm adlı ümumi bir qanuna – əbədi aləmə doğru açılan qapıya işarə olunur.

5. “Cümə” namazının bərpasına və “Cümə” namazında iştirak etmək üçün kəsb-ticarətin tətil edilməsinə təkidlə göstəriş verilir.

“Cümә” nаmаzı İslаmın böyük şüаrlаrındаndır. Bu istiqаmәtdә göstәrilәn tәlаşlаr müsәlmаnlаrın dünyа vә ахirәtini аbаd еdir. “Cümә” nаmаzı ibаdi-siyаsi bir nаmаzdır. Müsәlmаnlаr hәftәnin sоnuncu günü (cümə günü) bir yеrdә tоplаnıb, böyük bir әzәmәtlә Аllаh qаrşısındа nаmаz qılırlаr. Bu nаmаzın müsәlmаn cәmiyyәtindә vəhdət və birliyin yаrаnmаsındа müstәsnа rоlu vаrdır. “Cümә” nаmаzının imаmı nаmаzın хütbәlәrindә nаmаz qılаnlаrı ilаhi tәqvаyа dəvət edir vә düşmәnin hiylәlәrini аçıqlаyаrаq, nаmаzа tоplаnаnlаrа siyаsi аgаhlıq vеrir. Sözügedən surənin 9-10-cu аyәlәrindә belə охuyuruq:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.

فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِن فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ

“Namaz qurtardıqda, yer üzünə dağılışın və Allahın kərəmindən istəyin (iş və ruzi dalınca gedin) və Allahı çox zikr edin, bəlkə səadətə çatasınız.

Cümə namazı Peyğəmbərin (s), məsum imamların və onların xüsusi naiblərinin hüzuru zamanı vacibdir, böyük qeyb dövründə isə, insan cümə namazı və günorta namazından birini seçə bilər. Cümə namazı sübh namazı kimi iki rükətdir. Bu namazın iki qunutu var. Qunutlardan biri birinci rükətdə rükudan öncə, ikincisi, ikinci rükətdə rükudan sonradır. Müstəhəbdir ki, imam birinci rükətdə “Həmd”dən sonra “Cümə” surəsini, ikinci rükətdə “Həmd”dən sonra “Munafiqun” surəsini oxusun. Cümə namazından qabaq imam-cümə iki xütbə oxumalıdır.

Cümə” surəsini tilavət etməyin fəziləti

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

وَمَن قَرَأَ سورَةَ الجُمُعَةِ اُعطِىَ عَشرَ حَسَنات بِعَدَدِ مَن أتَى الجُمُعَةَ وَبِعَدَدِ مَن لَم یَأتِها فی أمصارِ المُسلِمِینَ

 "Hər kim Cümə surəsini oxusa, Allah-Taala müsəlmanların şəhərlərində Cümə namazında iştirak edən və etməyənlərin toplumunun on bərabəri qədər yaxşılıq verər."

(“Nurus-səqələyn”, c.5, səh.320; “Təfsiri-nümunə”, c.24, səh.104.)

Maide.az – Maarif bölümü