Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Qurumuş yara ilə dəstəmaz almaq haqqında sualına cavabını təqdim edir:
Sual: Əl yara olandan bir müddət sonra yaranın üstü bağlanır və oradakı qan qurumuş vəziyyətə düşür. Mən onun hansı maddə olduğunu dəqiq bilmirəm. Bu maddə murdardırmı? Bu cür yara ilə dəstəmaz almağın maneəsi varmı?
Cavab: Yara sağaldığı dövrdə ətrafındakı sarı maddəyə qanın qarışıb-qarışmadığı bilinməzsə, pak hökmündədir və dəstəmaz almağın maneəsi yoxdur.