Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin vaxtı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin vaxtı açıqlanıb. 
 
Maide.Az İran KiV-lərinə istinadən xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 11-də Tehrana səfər edəcək. 
 
Qeyd edək ki, ötən gün Tehranda Türkiyə XİN başçısının müavini Ümit Yalçınla görüşdə İslam Respublikası Xarici İşlər Nazirliyinin Asiya və Okeanya ölkələri üzrə idarəsinin rəisi İbrahim Rəhimpur bu səfər haqqında məlumat vermiş lakin tarixini açıqlamamışdı. 
 
İ.Rəhimpur demişdi ki, iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollar səviyyəsinə çatdırmaq üçün siyasi, ticarət və iqtisadi sahələrdə bütün məsul şəxslərin əməkdaşlıq etməsi vacibdir. /