Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günlər

Maide.Az Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günləri təqdim edir: 
 
18 oktyabr – 1 Rəbiül-əvvəl - “Leylətul-məbit hadisəsi” - İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrəti.
 
20 oktyabr – 3 Rəbiül-əvvəl - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması.
 
22 oktyabr – 5 Rəbiül-əvvəl - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı.
 
25 oktyabr – 8 Rəbiül-əvvəl - İmam Həsən Əskərinin (ə) şəhadəti.
 
26 oktyabr – 9 Rəbiül-əvvəl - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü.
 
27 oktyabr - 10 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə evliliyi.
 
29 oktyabr – 12 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması.
 
1  noyabr - 15 Rəbiül-əvvəl - İslamın ilk məscidi olan Qoba məscidi tikilib.
 
3 noyabr – 17 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (şiə mənbələrinə əsasən).
 
3  noyabr – 17 Rəbiül-əvvəl - İmam Sadiqin (ə) mövludu.
 
4  noyabr – 18 Rəbiül-əvvəl - Mədinədə Məscidun-Nəbiyy tikilib.