Ramazan ayı – Özünüislah üçün əlverişli fürsət

Ramazan ayı insanı pisliklərə çəkən nəfsi zülmətlərdən və çirkinlilklərdən qurtulmaq və islah etmək üçün əlverişli bir fürsət və qənimətdir. Bu ayda özümüzə nicat verək, özümüzü bir az qınayaq, danlayaq, nəsihət edək, ilahi ölçülərlə tərbiyə edək və ilahi razılıq əsasında hərəkət edək. Bundan sonra başqalarına üz tuta bilərik.

Ramazan ayı ətirli, mübarək və əziz bir aydır. Allahın ayıdır. Allaha həmd olsun ki, Ramazan ayına hazırlıq məqsədilə məscidlər ətirlənir, təmizlik işləri görülür, Ramazan ayına hazırlıq işləri aparılır və Ramazan ayından öncə bu mübarək ayın hüzuru hiss olunur. Bacardığınız qədər – məxsusən, siz gənclər – bu hüzuru pak və nurani qəlblərinizdə gücləndirin. (“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları – 1377//9/23.)

Ramazan ayının ən böyük dərsi özünüislahdır. Özünüislah üçün ilkin və ən mühüm addım insanın özünə, əxlaqı və rəftarlarına tənqid gözü ilə yanaşması, öz eyiblərinə diqqət yetirməsi və onların aradan qaldırılması üçün çalışmasıdır. Bu, bizim vəzifəmizdir və onun öhdəsindən də gələ bilərik. (“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları – 1380//9/25.)

Mübarək Ramazan ayı Allahla ünsiyyət baharıdır. Bu məsələdən qəflət etmək olmaz. Bütün xətalar və səhvlər bu məsələ ilə məşğul olmamağın nəticəsidir... Dünyada inqilablar, hükumətlər, idarələr və məsuliyyətlər mənəviyyatdan kənar qaldığı, Allahla rabitə və qəlbin Allahla əlaqəsi kəsildiyi zaman eybəcərləşib və haqdan uzaqlaşıb. Əgər diqqət etsək, görərik ki, məsələnin bu yönünü haçan təmin etmişiksə, o zaman tərəqqi etmişik, müvəffəq olmuşuq, doğru rəftar etmişik və işlərimizdən razı qalmışıq. Lakin bu yöndə haçan zəiflik nümayiş etdirmişiksə, o zaman zərbə almışıq.

Allahla rabitəyə ötəri yanaşmaq olmaz və biz hamımız bu rabitənin girovundayıq. Bu rabitənin sayəsində qəlbimiz qüvvətlənir və düşmənlərdən qorxumuz aradan qaldırılır. Allahla rabitənin nəticəsidir ki, qəlblərimiz möminlərin və Allah yolunun yolçularının məhəbbəti ilə doludur. Allahla rabitə və vüsalın nəticəsidir ki, həqiqəti tapdamırıq, məsləhəti şəxsi mənafeyə qurban vermirik. Allahla rabitənin nəticəsidir ki, Allahın yolundan azmamışıq və bu yolu qət etməkdən peşman deyilik və yorulmuruq. Allahla rabitə həmişə mümkündür və heç vaxt gec və qeyri-mümkün deyil. (“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları – 1369//1/1.)

Maide.az – Maarif bölümü