RAMAZAN AYININ BƏRƏKƏTLƏRİ

Ramazan ayı bərəkət dolu aydır. Müxtəlif yönlərə malikdir. Bu ayda Quran, dua, zikr, namaz və müsəlmanlara aid olan müxtəlif dini məsələlər dünyanın hər yerində müzakirə olunur. Müsəlman bu ayda bu uğuru əldə edir ki, bu məsələlərlə – istər əməli, istərsə də etiqadi baxımdan – məşğul olsun. Adi halda başqa heç bir ayda belə bir müvəffəqiyyət yoxdur.
Bu ayda qəribə bərəkətlər var. Mən bu ayla bağlı məsələlərin mündəricatına baxıb düşünürdüm. Gördüm ki, fərqli məzmuna malik müxtəlif dualar ayıdır… Quranla ünsiyyət qurmaq, Quran əzbərləmək, Quran təkrarlamaq – bu özü bir başqa mövzu, böyük dəryadır – və bu qəbildən olan digər nümunələr .
 
Həqiqətən, bu ayın bərəkətlərindən olan məsələlərdən biri də Əmir əl-Möminin Əli ibn Əbu Talibin (ə) həyatına diqqət yetirməkdir. Biz heç zaman İmam Əlinin (ə) həyatına bu qədər diqqətlə nəzər salmağa, bu əzəmətli həyatın müxtəlif cəhətlərini öyrənməyə müvəffəq ola bilmirik. İstər adi camaat, istər natiqlər, istərsə də İslam ölkəsinin məsul şəxsləri – bu gün məsul şəxslərin bu araşdırmaya,  tanışlığa hamıdan çox ehtiyacı var – bu fürsəti digər aylarda çox az yaxalaya bilirlər. Kimin nə məsuliyyəti varsa, – yuxarıdan aşağıya qədər – İmam Əlinin (ə) həyatı, bu həyatın müxtəlif yönləri, incəlikləri ilə tanış olmağa çox ehtiyacı var .