Ramazan ayında səfərə çıxmaq olarmı?

 

Ramil Şıxəliyev: Ramazan ayında səfərə çıxmaq olarmı?
 
Cavab: Bütün müctəhidlərin fətvasına əsasən Ramazan ayında səfə çıxmaq haram sayılmır. Bu, səfər gəzmək məqsədi ilə və ya Ramazan ayının orucununu tutmamaq məqsədi ilə olsa belə, haram hesab olunmur.
Lakin bəzi müctəhidlər Ramazan ayının orucunu tutmamaq məqsədi ilə səfərə çıxmağı məkruh bilir, bəzi müctəhidlərdə ümumiyyətlə Ramazan ayında zəruri bir iş olmadan səfərə çıxmağı məkruh hesab edirlər.
Ramazan ayında səfərə getmiş şəxs yalnız oruc tutmadığı günlərin sayı qədər qəzasını tutacaq və kəffarəsi yoxdur.