Ramazan ayının 15ci gününün duası

İmsaq: 04.24
İftar: 21.33
(Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir)

"Bismillahir-Rahmənir-Rahim. Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin".

Tərcüməsi: "İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!".
 
İftar duası: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli
 
Duanın tərcüməsi: İlahi Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
15-ci gün - 4 rukət (1-ci rukətdə 1 Həmd, 100 İxlas, 2-ci rukətdə 1 Həmd, 50 İxlas)
 

Ramazan ayının təqvimi