Ramazan ayının 6-cı gününün duası (AUDİO)

İmsaq: 04.15
İftar: 21.37
(Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir)
 
Bismillahir-Rahmanir-Rahim. Allahummə la təxzulni fihi li-təərruzi mə-siyətik. Və la təzribni bisiyati naqmətik. Və zəhzihni fihi min mucibati saxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.
 
Tərcüməsi:
İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!
 
İftar duası: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli
 
Duanın tərcüməsi: İlahi Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
6-cı gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk)
 

Ramazan ayının təqvimi