Ramazan ayının gündüzləri yerinə yetirilən əməllər

1. İmsaq (o başdanlığı) yemək. Bir xurma və ya bir içim su ilə olsa da belə, yemək lazımdır (müstəhəbdir).
2. İmsaq yeyən vaxt «Qədr» surəsini oxumaq. İftar edən vaxt və səhuru yeyəndə «Qədr» surəsini oxuyana, bu iki vaxt arasında (iftar və İmsaq), Allah yolunda öz qanına bulaşanın savabı yazılar.
3. 6-cı gecə əməlində qeyd olunan duanı gündüz də oxumaq müstəhəbdir.
4. Hər gün 100 dəfə salavat demək.
5. «La ilahə illəllah», «əstəğfirullah» (Allahdan bağışlanma istəyirəm) zikrini bu ay çox demək müstəhəbdir (Ən azı hər gün yüz dəfə «La ilahə illəllah», yetmiş dəfə «Əstəğfirullah» deyilməlidir). Həmçinin, bu ayda Quran çox oxunmalıdır. Çünki bu ay Quran nazil olan aydır.