Ramazanın 21-ci gününün duası, imsak və iftar vaxtı (VİDEO)

Sübh azanı. 03:34
 
Axsam azanı. 20:17
 
اَللّـهُمَّ اجْعَلْ لى فيهِ اِلى مَرْضاتِكَ دَليلاً، وَلا تَجْعَلْ لِلشَّيْطانِ فيهِ عَلَيَّ سَبيلاً، وَاجْعَلِ الْجَنَّةَ لى مَنْزِلاً وَمَقيلاً، يا قاضِيَ حَوائِجِ الطّالِبينَ
 
Duanın oxunuşu: Əllahumməcəl li fihi ila mərzatikə dəlila, və la təcəl liş-şəytani fihi ələyyə səbila, vəc`əlil cənnətə li mənzilən və məqila, ya qaziyə həvaicit-talibin.
 
Duanın tərcüməsi: İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər. Şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey istəyənlərin ehtiyaclarını ödəyən!
 
İFTAR DUASI
 
اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
 
Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
 
21-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)