İran Prezidenti İbrahim Rəisi Tehran hökumətinin nəticəyə əsaslanan nüvə danışıqlarına sadiq olduğunu bildirib.
Maie.Az xəbər verir ki, canlı yayımdakı çıxışında prezident İ.Rəisi qeyd edib ki, İran heç vaxt danışıqlar masasından ayrılmayıb. Qarşı tərəf İrana qarşı sankisyaların ləğvində ciddi olduğunu göstərməlidir.
İ.Rəisi onun hökumətinin nəticə yönümlü danışıqlara sadiq olduğunu vurğulayıb.
“Avropa İttifaqının nümayəndəsi ilə bir neçə gün öncə Tehranda olan müzakirələrdə bildirdik ki, İslam Respublikası müzakirələrdə ciddidir və qarşı tərəfdən də ciddi olmağı gözləyir. Xarici İşlər Nazirliyində və digər platformalarda artıq danışıqların İran İslam Respublikası üçün nəticə verməsinin lazım olduğu söylənildi. Qarşı tərəfin sanksiyaları ləğv etməyə hazır olması bunun ciddiliyinə işarə ola bilər”.
İ.Rəisi deyib ki, biz müqavimət iqtisadiyyatını icra edirik və xalqın dolanışığını nüvə danışıqlarına bağlamayacaqlar.