İran Prezidenti yeni kabinet üzvlərinin siyahısını məclisə təqdim edib

İranın yeni prezidenti Ayətullah Seyid İbrahim Rəisi öz kabinetini formalaşdırıb.
 
 Maide.Az xəbər verir ki, Seyid İbrahim Rəisi kabinet üzvlərinin siyahısını bu gün  məclisə təqdim edib. 
 
 Məlumatına görə,  siyahıda Həmidrza Səccadi idman  naziri,  Əhməd Vəhidi daxili işlər naziri,  Seyid İsmail Xətib təhlükəsizlik naziri,  Əli Əkbər Mehrabian  energetika naziri,  Əmir Əbdullahian  xarici işlər naziri,  Seyid Ehsan  Xanduzi iqtisadiyyat naziri,  Hüseyn Bağqoli təhsil naziri,  İzzətullah Zərğami  əl işləri və mədəni irsin qorunması naziri,  Höccət  Əbdülməliki  əmək naziri,  Məhəmməd Əli  Zülfügül elm naziri,  Əmir Aştiyani müdafiə naziri,  Seydi Cavad Sadatinejad  kənd təsərrüfatı naziri,  Bəhram  Eynullahi  səhiyyə naziri,   Məhəmməd Mehdi  İsmaili  islami irşad və mədəniyyət naziri,  Seyid Rza  Fatimi Əmin  Səmt nazirliyi,  Cavad Oci  neft naziri,  Əmin Hüseyn Rəhimi  ədliyyə naziri,  İsa Zarepur rabitə və informasiya texnologiyaları naziri vəzifələrinə  təqdim olunublar.
 
Qeyd edək ki, İran parlamenti şənbə günü keçirilən iclasda təqdim olunan siyahını araşdırmaq üçün qəbul edəcək.