İran və Aİ arasında nüvə məsələsində ilk təhlükəsizlik sazişi imzalandı

Avropa İttifaqı (Aİ) Komissiyası İran və Aİ arasında ilk nüvə təhlükəsizlik mövzusundakı layihə sazişinin imzalandığını bildirib.
 
AB Komissiyası tərəfindən verilən açıqlamada, Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində imzalanan 2.5 milyon avroluq layihənin məqsədinin İranın nüvə təhlükəsizliyinin artması olduğunu qeyd edilib.
 
Məlumatda İran-Aİ əlaqələrinin son 10 il ərzində müxtəlif səviyyələrdə olması və İrana qarşı sanksiyaların təsirində olması vurğulanaraq, İrana qarşı sanksiyaların aradan qalxmasıyla əlaqələrin inkişaf yollarının açıldığı bildirilib. (deyerler) /