İran XİN başçısı: `Region ölkələrində hərbi çevrilişlərə yer yoxdur`

Türk xalqının demokratiya və qanuni şəkildə seçilən hökuməti qətiyyətlə müdafiə etməsi hərbi çevrilişin uğursuzluğa məhkum olduğunu sübut etdi
 İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini pisləyib.
"Report" xəbər verir ki, XİN başçısı "Twitter" hesabında region ölkələrində hərbi çevrilişlərə yer olmadığını yazıb.
"Türk xalqının demokratiya və qanuni şəkildə seçilən hökuməti qətiyyətlə müdafiə etməsi hərbi çevrilişin uğursuzluğa məhkum olduğunu sübut etdi", - deyə M.C.Zərif qeyd edib. //