İraqda intihar hücumu: 21 ölü, 49 yaralı

İraqın paytaxtı Bağdadda təşkil edilən bombalı intihar hücumunda 21 nəfərin öldüyü, 49-nun isə yaralandığı bildirilir.
 
"Maide.az"-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, hadisə Bağdadın Babul-Derveze məhəlləsində təşkil edilib.
 
Hücumun məsuliyyətini hələlik heç kəs üzərinə götürməyib. 
 
Qeyd edək ki, bir müddətdir qarşıdurmaların yaşandığı ölkədə İŞİD terrorçuları və bəzi tayfa qüvvələri Mosul, Tikrit, Baquba və Telafir şəhərləri ilə bərabər Ənbarin əl-Qaim, Ravə, Anah, Ratbə mahallarını ələ keçirmiş, qarşıdurmalar üzündən təxminən 1 milyon vətəndaş köç etmək məcburiyyətində qalıb. Ölkənin müxtəlif yerlərində İŞİD terrorçuları ilə təhlükəsizlik gücləri arasındakı qarşıdurmalar davam edir.