İraqda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Maide.Az İraq KİV-lərinə istinadla xəbər verir ki, 329 deputatın təmsil olunduğu Məclisdə Müqtəda əs-Sədrə bağlı olan Sədr qrupu 73 yer, Məclis sədri Məhəmməd Halbusinin liderlik etdiyi Təqaddüm Partiyası 40 yer, Nuri əl-Malikinin Qanun Dövləti Koalisiyası 37 yer, Müstəqil namizədlər 20 yer, Kürdüstan Demokrat partiyası 32 yer, Əzm partiyası 14 yer, Fəth koalisiyası 14 yer, İmtidad hərəkatı 10 yer, İslami birlik 9 yer, Əl-Cəbəl Əl-Cədid 9 yer əldə ediblər.
Qeyd olunub ki, 2003-cü ildən bəri keçirilən sayca beşinci parlament seçkilərində ölkə seçicilərinin 41%-i iştirak edib.