İraqda keçirilən parlament seçkilərinin yekun nəticəainaçıqlanıb.
Maide.Az İraq KİV-lərinə istinadla xəbər verir ki, 329 deputatın təmsil olunduğu Məclisdə Müqtəda əs-Sədrə bağlı olan Sədr qrupu 73 yer, Məclis sədri Məhəmməd Halbusinin liderlik etdiyi Təqaddüm Partiyası 37 yer, Nuri əl-Malikinin Qanun Dövləti Koalisiyası 34 yer, Məsud Barizaninin rəhbərlik etdiyo İraq Kürdüstan Demokrat partiyası 33 yer, Müstəqil namizədlər 40 yer, Fəth koalisiyası 17 yer, İmtidad hərəkatı 9 yer, İslami birlik 9 yer, Əl-Cəbəl Əl-Cədid 9 yer əldə ediblər.
Qeyd olunub ki, 2003-cü ildən bəri keçirilən sayca beşinci parlament seçkilərində ölkə seçicilərinin 43%-i iştirak edib.