İraq hökuməti “Palmali” şirkətinə sanksiya tətbiq etdi

İraqın mərkəzi hökuməti ölkənin Kürdistan ərazisindən qanunsuz olaraq neft daşıyan şirkətlərə sanksiya tətbiq etdiyini rəsmən açıqlayıb. Azərbaycanın “Palmali” şirkətinə bu sanksiyanı şamil edilib.
 
İraqın milli neft şirkətləri “Somon” və “North Oil Company” (NOC) Türkiyənin BOTAŞ şirkətinə rəsmi müraciət göndərərək “MT United Emblem”, “Palmali Shipping&Agency JSC” və “Petromar Survey&Consultancy Ltd” şirkətlərinin indi və gələcəkdə İraq liman və təsislərindən neft yükləyə bilməyəcəyini açıqlayıb.
 
Bağdad hökuməti Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus olan və dənizçilik agentliyi kimi fəaliyyət göstərən “Palmali Shipping&Agency JSC”nin bundan sonra İraqda fəaliyyət göstərən və gələcəkdə İraq xam neftinin ixracatı üçün istifadəyə veriləcək terminallarda hər hansı bir yükdaşıma işinə girə bilməyəcəyini də bəyan edib.
 
Qeyd edək ki, İraqın Kürdistan ərazisinə hökmranlıq edən Demokrat Partiyası Türkiyə üzərindən qanunsuz olaraq sionist rejimə neft ixrac edir. Son günlərdə sionist rejim İraqın parçalanması və Kürdistan Respublikasının yaradılmasına dair separatçılıq iddiasını açıq şəkildə dəstəkləyir.