Kanar adalarındakı vulkan 100-dən çox evi yandırıb

Bir neçə gündür fəallaşan İspaniyanın Palma adasındakı (Kanar adaları) vulkan nəticəsində 100-dən çox ev tam və ya qismən yanaraq, yararsız hala düşüb.

 
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Vulkanın 1971-ci ildən bəri ilk dəfə püskürdüyü bildirilib.
 
Hadisə nəticəsindən adadan 5 minədək insan, o cümlədən də 500-dən çox turist təxliyyə olunub.