İraq parlamenti buraxılıb

İraq parlamenti buraxılıb. 
 
Maide.Az “Sky News Arabic”ə istinadla xəbər verir ki, bu barədə İraq spikeri Məhəmməd əl-Halbusi məlumat verib. 
 
Bildirilir ki, buna səbəb növbəti parlament seçkilərinin keçirilməsidir. “Artıq hazırkı parlament öz işini yekunlaşdırdı və növbəti seçkilərə getmək üçün buraxıldı”,-deyə M.Əl-Halbusi  qeyd edib. 
 
Xatırladaq ki, İraqda növbəti parlament seçkiləri oktyabrın 10-da keçiriləcək. 
 
 Müxtəlif partiyaları təmsil edən və müstəqil 3243 namizəd  329 yer uğrunda mübarizə aparacaq.