Real Madridin ulduz futbolçusu Serxio Ramos məscidi ziyarət etdi - VİDEO

Real Madridin ulduz futbolçusu Serxio Ramos Abu Dabidə məscidi ziyarət edib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Real Madrid 2018-ci il FIFA Klubları Dünya Kubokunun yarımfinal qarşılaşması üçün Birləşmiş Ərəb Əmirliklərinə gedib.
 
İspaniya nəhəngi Yaponiya təmsilçisi Kashima Antlersi Qaret Beylin qolları ilə 3-1 məğlub edərək, finala yüksəlib.
 
Matçdan sonra Əbu Dabidə yerləşən bir məscidi ziyarət edən, Madridin təcrübəli futbolçusu Serxio Ramos, belə deyib: “Unikal bir yerdir. Buradakı isti qarşılama və hər şey üçün təşəkkür edirəm”.