Reportyoru cərimə ediblər və sərbəst buraxıblar (yenilənib)

 Bu gün Müdafiə Nazirliyi qarşısında etiraz aksiyasında saxlanılan reportyor Anar Abdullayev 50 manat cərimə edildikdən sonra sərbəst buraxılıb. Polis onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə kiçik xuliqanlıqda ittiham edib.
 
Abdullayev bildirib ki, polis onu ədəbsiz sözlər işlətməkdə ittiham edib. “Əslində belə bir şey olmayıb. Tural Qarayev adlı gənc mənimlə dalaşmağa çalışıb, bundan sonra polis məni aparıb. İndi azadam, amma cərimə qərarından apellyasiya verəcəyəm”, deyə Abdullayev bildirib. -06-
 
*   *   *
 
Reportyor Anar Abdullayev bu gün Təhsil Nazirliyi qarşısında Siyəzəndən olan müəllimə Ceyran Rəhbərinin etiraz aksiyasını işıqlandırarkən saxlanılıb.
 
Hadisə yerindəki şahidlərin verdiyi məlumata görə, çəkiliş zamanı Abdullayevə hücum edilib.
 
“Çəkiliş edirdik. Həmin zaman polis bizim vəsiqələrimizi istədi. Birdən Tural Qarayev adlı şəxs yaxınlaşdı Anara və "massonlara işləyirsiniz" deyərək, başladı ona əl-qol atıb, təhqir etməyə. Hadisə yerində polisə isə "tutun bunu" deyirdi. Polis əməkdaşları Anar Abdullayevi və Tural Qarayevi saxlayaraq Nərimanov Rayon 18-ci polis bölməsinə apardılar. Artıq bir saatdan çoxdur polis bölməsindədirlər”, deyə jurnalist Ülviyyə Əlibildirib.
 
Tural Qarayev 2019-cu il aprelin 17-də müxalif siyasətçi Fuad Qəhrəmanlının yetkinlik yaşına çatmamış qızına hücum etməsi ilə tanınır.
 
Yeniyetmənin anasının şikayətindən sonra Qarayev kiçik xuliqanlıq ittihamı ilə 15 gün müddətinə həbs edilib. /turan /