Resurs ölkələrinin böhran dərsləri

Rövşən Ağayev: `AB-nin Azad Ticarət Sazişinə qoşulmaq üçün qapılar açılmışdı, onu da arxadan möhkəm-möhkəm bağladılar`

Maide.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev böhrandan çıxmaq üçün resurs ölkələrinin yaşadığı şoklar dövründə davranışlarına şərh edib. Həmin şərhi təqdim edirik:
 
Meksikada 1994-1995-ci illərdə tədiyyə balansında yaranan kəsir milli valyutanın (peso) 27% dəyər itirməsi və beynəlxalq ehtyatların 1.5 dəfə azalması (6.5 milyard dollardan 3.8 milayrd dollara) ilə nəticələndi. Ölkədən kapital qaçışının güclənməsinin və devalvasiyanın ardınca bank sektoru kəskin böhranla üzləşdi.
 
1994-cü il ərzində pesonun dəyərdən düşməməsi üçün Mərkəzi Bankın atdığı addımlar (uçot dərəcəsinin yüksəldilməsi, dövlət istiqarazları üzrə faizlərin artırılması, valyuta ticarətinə məhdudiyyətlər) heç bir nəticə vermədi. Məhz 1995-ci ildə qəbul edilən ortamüddətli tədbirlə planı artıq 2000-c illərin əvvəlində ölkə iqtisadiyyatında tam sabitlik yaratdı. Söhbət hansı tədbirlərdən gedir: kiçik və orta sahibkarlığın inkişaf üzrə Şura yaradıldı və dərhal Şuranın hazırladığı plana uyğun olaraq bu qəbildən olan sahibkarların borcları restruktruzasiya edildi, xaricdən 20 milyard dollarlıq yardım paketinin alınmasına razılıq verildi, bir sıra dövlət şirkətləri özəlləşdi, amma keçid mərhələsi üçün bank sektorunda dövlətin payının artırılması ilə bağlı proqram qəbul edildi NAFTA-ya (Şimali Amerika azad ticarət razılaşması) qoşulmaq barədə razılıq verildi. Məhz bu saziş sayəsində dərhal xaric ticarət prosedurları, işçi qüvvəsinin və əmtəələrin sərbəst axını qısa müddətdə sərbəstləşdi, xarici sərmayələr hüquqi təminatlar genişləndi. 
 
Nəticə 2000-2010-cu illərdə Meksikanın ÜDM-i 2 dəfəyədək, xarici ticarət və xidmət dövriyyəsi 3 dəfədən çox, o cümlədən ixracı 30%-dək artmışdı.
 
Amma Azərbaycan nə zamanında böhran mərhələsində dayanıqlı iqitsadi inkişafı təmin edəcək rəqabət qabiliyyətli sahibkarlıq sektoru yaratdı, nə də əməkdaşlıq (həmçinin yardım) üçün beynəlxalq platformalara qapılar açdı. Regiondakı bütün dövlətlər son 15 ildə Dünya Ticarət Təşkilatına üzv olub - bizdən savayı. 
 
Sonuncu dəfə AB-nin Azad Ticarət Sazişinə qoşulmaq üçün qapılar açılmışdı, onu da arxadan möhkəm-möhkəm bağladılar...