Ronaldo Portuqaliya yığmasından uzaqlaşdırıldı

Kristiano Ronaldo müvəqqəti olaraq Portuqaliya üzrə futbol yığmasından uzaqlaşdırılıb.
 
Maide.Az "axar.az"a istinadla xəbər verir ki, buna səbəb Ronaldoya qarşı ABŞ-da yenidən cinayət işinin başladılmasıdır. Onun Polşa və İtaliyaya qarşı Millətlər Liqası çərçivəsində oyunlarda iştirak etməyəcəyi bildirilib.
 
Qeyd edək ki, bundan öncə 34 yaşlı amerikalı Ketri Mayorqi 2009-cu ildə oteldə Ronaldonun ona qarşı təcavüz etdiyini iddia edib. Bundan sonra Las-Veqas polisi ona qarşı cinayət işi başladıb.