Rus iqtisadiyyatı böhrana girdi

HSBC bankının analitikləri məyusedici proqnozlar veriblər

Dünya  Britaniyanın HSBC bankının iqtisadçıları düşünürlər ki, birinci yarım ilin nəticələrinə görə, Rusiya texniki ressesiyaya girib. 
 
Bankın fikrincə, yarım il ərzində, yəni iki rüb dalbadal ölkə iqtisadiyyatında (ümumi daxili məhsulda) artım müşahidə edilməyib. İqtisadi nəzəriyyəyə görə, bu, ressesiya adlanır. 
 
Amma Rusiya tərəfi bununla razılaşmır. Dövlət statistika qurumunun məlumatına görə, I rübdə iqtisadliyyat illik ölçüdə 0,9% artıb. Amma keçən ilin IV rübünə baxanda 0,3% azalma müşahidə edilib. Amma ilin II rübünün dəqiq göstəriciləri hələ dəqiq açıqlanmır. Amma bununla belə, HSBC analitikləri hesab edir ki, II rübdə rus iqtisadiyyatında I rübə baxanda azalma olub və bu isə artıq texniki ressesiya deməkdir.