Rusiyada Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlanıb

"Vahid Rusiya" partiyası protokolların 100 faizinin yoxlanılmasından sonra 49,82 faiz səs toplayaraq Dövlət Dumasına seçkilərində irəlidədir.

 
Trend-in məlumatına görə, müvafiq məlumatlar Rusiya Mərkəzi Seçki Komissiyanın (MSK) internet saytında yerləşdirilib.
 
Məlumata əsasən, Kommunist Partiyası 18,93 faiz, Liberal Demokrat Partiyası 7,55 faiz, "Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət Üçün" - 7,46 faiz səs toplayıb.
 
Həmçinin, mövcud məlumatlara görə, "Yeni İnsanlar" partiyası 5,32 faiz səslə Dumaya daxil olub.