Rusiyanın Tomsk vilayətində radardan itən “An-28” tipli təyyarə tapılıb və ilkin məlumata görə göyərtədəki adamlar sağdır.
Maide.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumata görə, təyyarənin göyərtsində 4-ü uşaq, 3-ü ekipaj üzvü olmaqla 17 nəfər var.
***
Rusiyanın Tomsk bölgəsində An-28 tipli sərnişin təyyarəsi radarlardan itib.
Maide.Az “TASS”-a istinadən xəbər verir ki, “An-28”in göyərtəsində 4-ü uşaq olmaqla 14 sərnişin və 3 ekipaj üzvi var.
Təyyarə Tomsk bölgəsininin Bakçarski bölgəsində radardan itib. An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.
Xilasedicilər helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər.
Qeyd edək ki, ötən həftə Rusiyada göyərtəsində 22 sərnişin olan “An-26” sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itmişdi.