Rusiya Dövlət Dumasına sədr seçilib

Vyaçeslav Volodin yenidən Rusiya Dövlət Dumasının sədri seçilib.
 
Maide.Az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
 
O, 2016-cı il oktyabrın 5-dən qanunverici orqana rəhbərlik edir.
 
Qeyd edək ki, sentyabrın 17-19-da Rusiya Dövlət dumasına seçkilər keçirilib. Hakim Vahid Rusiya Partiyası 324, Rusiya Kommunist Partiyası 57, Ədalətli Rusiya-Həqiqət Uğrunda Partiyası 27, Liberal Demokrat Partiya 21, Yeni Adamlar Partiyası 13 mandat qazanıb.
 
Bu gün Dövlət Dumasının ilk iclası keçirilib.