Rusiya neft razılaşmasını pozur

“Bizimyol.info.az” saytı “Rusiya neft razılaşmasını pozur” sərlövhəli yazıda bu ölkənin  neft hasilatçısı olan ölkələr, o cümlədən Azərbaycanla imzaladığı müqaviləyə əməl etməməsi açıqlanır.
 
Müəllif deyir ki, Rusiya avqust ayında OPEK+ razılaşmasının öhdəliklərini tam yerinə yetirməyib, qonşu ölkə bununla da son ayların ənənəsini davam etdirib.
 
Müəllif vurğulayır ki, Rusiya OPEK+ razılaşmasını yalnız 98 faiz yerinə yetirib. Kondensat nəzərə alınmazsa Rusiyanın neft şirkətləri sutkada 9.04 milyon barel neft hasil edib. Bununla da razılaşma müəyyən qədər pozulub.
 
Müəllif əlavə edir ki, Səudiyyə Ərəbistanı sutkada 8.94 milyon barel neft hasil edir. Ərəblər öhdəliyə 103 faiz əməl etməyi bacarır.
 
Ümumilikdə OPEK+ ölkələrində bu göstərici 97 faizdir. Avqustda təşkilat üzvləri sutkada 22.07 milyon barel neft çıxarıb.
 
May-iyul ərzində Rusiya razılaşmanı pozanların siyahısında ikinci yeri tutmuşdu,
 
Şimal dövləti nəzərdə tutulandan sutkada 283 min barel çox neft hasil etmişdi.  Razılaşmaya ən çox İraq zərbə vurmuşdu. Müsəlman ölkəsində artıq hasil edən neftin həcmi 851 min barel olmuşdu.
 
Ümumiyyətlə, son günlər İraq neftin qiymətinin aşağı düşməsində əsas günahkarlardan sayılır. Asiya dövləti OPEK+ razılaşmasının şərtlərini aşmaq istəyir. Böyük ehtimalla 2021-ci ildən İraqı bu təşkilatda görmək mümkün olmayacaq.