Rusiyanın ABŞ-ı parçalamaq planları – Obamaya xəbərdarlıq

ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən eks-prezident Barak Obamaya Rusiyanın ABŞ siyasi sistemini çökdürmək üçün kəşfiyyat əməliyyatlarını artırdığı və dezinformasiya şəbəkələri yaratdığı barədə gizli xəbərdarlıq edilib.
 
Xüsusi xidmət orqanları həyəcan təbili çalsa da, Barak Obama administrasiyası Rusiyanın imkanlarını real olaraq qiymətləndirməyib.
 
2014-cü ildə Obama administrasiyasına Rusiya mənbələrinə istinadən Kremlin Qərb demokratiyasını çökdürmək üçün dezinformasiya şəbəkəsi yaratması barədə hesabat daxil olub. Hesabat rus məmurun adından yazılıb:
 
“Siz hətta təsəvvür belə etmirsiniz ki, şəbəkə Avropa və ABŞ-da nə dərəcədə geniş miqyas alıb. Rusiya bütün bu ərazilərdə kütləvi informasiya vasitələrinin təşkilinə, lobbiçilik fəaliyyətlərinin aparılmasına, siyasi partiyalara, hakimiyyət və silahlı qüvvələrə yol tapıb”.
 
Ağ Evə yaxın mənbələrin bildirdiyinə görə, Barak Obama administrasiyası çox erkən şəkildə Rusiyanın belə bir planı həyata keçirmək imkanlarına malik olmadığı qənaətinə gəlib. (axar.az) /