NATO-nun Rusiya siyasəti ardıcıllığını qoruyur. Rusiyanın təcavüzkar hərəkətlərinə cavab olaraq müdafiəmizi artırdıq.
Maide.Az "DW"ə istinadla xəbər verir ki, bunu NATO rəsmisi Oana Lunqesku bildirib.
O qeyd edib ki, NATO-Rusiya Şurası vasitəsilə dialoqa hazırdırlar.
Qeyd edək ki, son vaxtlar NATO Rusiyanın nümayəndəlikdə olan 8 əməkdaşını casusluqda ittiham edərək onları "arzu olunmaz şəxs" elan edib. NATO-nun baş katibi Yens Stoltenberq qərarın baş verənlərlə heç bir əlaqəsi olmadığını açıqlasa da, o, Rusiyanın düşmənçilik davranışının son zamanlar artdığını vurğulayıb.
Rusiya NATO -nu Rusiya sərhədlərinə yaxınlaşmaqda günahlandırır. Digər tərəfdən, NATO, Krım yarımadasının Rusiyaya birləşdirilməsi səbəbindən üzv dövlətlərin şərq bölgələrində varlığını gücləndirdiyini açıqlayır.